
intersertservis.com.az
AZS İSO 9001
2020
AZS İSO 22000
2022
AZS İSO 14001
2021
AZS İSO 45001
2021
Müəssisə Haqqında Məlumat
"INTERSERTSERVIS" MMC, 21 aprel 2014-cü il tarixində Hüseynov Anar Cavanşir oğlunun təsisçiliyi ilə yaradılmışdır. Bu təşkilat səriştəli auditorları öz işlərinə cəlb edərək yaradılmışdır.
İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı "INTERSERTSERVİS" MMC kimi 06 may 2014-cü ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 2002983791 nömrəsi ilə qeydiyyata alınmışdır.
“ INTERSERTSERVİS" MMC 24 yanvar 2024 -ci il il tarixlndə İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı kimi AZS İSO/İEC 17021-1:2021 "Uyğunluğun qiymətləndirilməsi-idarəetmə sistemləri üzrə audit və sertifikatlaşdırma xidmətlərini göstərən orqanlara dair təəblər.
Hissə:1 Tələblər” standartlına tuyğun Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunmuşdur (Akkreditasiya attestatı No AZ 03.0004.01.24 verilmə tarixi 24.01.2024-cü il, etibarlıdır 24.01.2027-ci il tarixinə kimi).
"INTERSERTSERVİS" MMC, bugün Azərbaycanda idarəetmə sistemlərini sertifikatlaşdıran şirkətlərdən biridir. Müəssisə, öz işçi komandasını gücləndirərək özü üzərində işləyir. İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aşağıdakı sahələrdə həyata keçirir:
-
Keyfiyyət idarəetmə sisteminin sertifikatlaşdırılması;
-
Ətraf mühitin idarəetmə sisteminin sertifikatlaşdırılması;
-
Əməyin mühafizəsi və təhlükəsizliyinin idarəetmə sisteminin sertifikatlaşdırılması;
-
Qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemlərinin sertifikatlaşdırılması.
İNTERSERTSERVİS” MMC-nin Sertifikatlaşdırma
orqanının 2024-cü il üçün Keyfiyyət sahəsində
Siyasəti
“İNTERSERTSERVİS” MMC-nin Sertifikatlaşdırma Orqanı AZS İSO
9001:2020, AZS İSO 14001:2021, AZS İSO 45001:2021 və AZS İSO
22000:2022 standartları üzrə sertifikatlaşdırma işlərini həyata keçirir.
“İNTERSERTSERVİS” MMC-nin Sertifikatlaşdırma orqanının keyfiyyət
sahəsində siyasəti aşağıdakılardan ibarətdir:
Fəaliyyətimizi yerli istehsalın inkişafına yönəltmək;
Sertifikatımızın beynəlxalq səviyyədə qəbul olunması məqsədi ilə
fəaliyyətimizi Beynəlxalq standartlara uyğunlaşdırmaq;
Yerli istehsalçılar arasında idarəetmə sistemlərinin tətbiqinin
artırılmasına nail olmaq;
Beynəlxalq akkreditasiya orqanları tərəfindən akkreditasiya olunmaq;
Azərbaycanda idarəetmə sistemlərinin sertifikatlaşdırma sahəsində
lider olmaq
Bu məqsədlərə nail olmaq üçün rəhbərlik maddi və intellektual
ehtiyatların təmin edilməsini öz üzərinə götürür.
Sertifikatlaşdırma üzrə orqan sifarişçi qarşısında aşağıdakı öhdəlikləri öz
üzərinə götürür:
- sertifikatlaşdırma orqanının həyata keçirdiyi işləri təşkil etmək,
sertifikatlaşdırma qaydalarını mütəmadi təkmilləşdirmək;
- sertifikatlaşdırmanın səriştəli, ardıcıl və qərəzsiz qaydada keçirilməsi ilə
bağlı riskləri nəzərə almaq;
- sertifikatlaşdırmanın nəticələrinin obyektivliyi və qərəzsizliyi haqqında
sifarişçiyə zəmanət vermək;
- sertifikatlaşdırma üzrə işləri tələblərə tam uyğun və müəyyən edilmiş
müddətdə yerinə yetirmək;
- sifarişçinin sertifikatlaşdırma üzrə məlumatlarının məxfiliyini təmin
etmək;
- sertifikatlaşdırma prosesi zamanı yerinə yetirilən bütün işlərin
standartların və digər normativ sənədlərin tələblərinə uyğunluğunu təmin etmək;
- sertifikatlaşdırma ilə əlaqədar məlumatların azad əldə edilməsinə
zəmanət vermək.
“İNTERSERTSERVİS” MMC-nin Sertifikatlaşdırma orqanının
siyasətinin əsası sifarişçilərin məmnunluq səviyyəsinin artırılmasıdır.
“İNTERSERTSERVİS” MMC-nin
Sertifikatlaşdırm orqanının rəhbəri C. Hüseynov
SERTİFİKATLAŞDIRMA ÜZRƏ ORQANIN TƏŞKİLATİ STRUKTURU
Sertifikatlaşdırma üzrə orqanın strukturu və ştat cədvəli SO-nun Direktoru tərəfindən təsdiq edilir.
Sertifikatlaşdırma üzrə orqanın strukturuna aşağıdakılar daxildir:
- SO-nun Direktoru;
- SO-nun Direktor müavini;
- Keyfiyyət üzrə menecer;
- SO-nun apellyasiya və şikayətlər qrupu;
- SO-nun katibliyi;
- Auditorlar və ekspertlər şöbəsinin müdiri;
- Mühasibatlıq.
Sertifikatlaşdırma üzrə orqanın strukturu əlavə (A) verilir.
Əlavə (A)
SO-nun Direktoru
- SO-ya ümumi rəhbərlık edir;
- sertifikatlaşdırma üzrə orqanın elmi-texniki, iqtisadi və kadr siyasətini formalaşdırır;
- sertifikatlaşdırma üzrə işlərin dəyərini müəyyən edən tariflərin istifadəsi və təkmillişdirilməsi üzrə təkliflər hazırlayır;
- digər ölkələrin sertifikatlaşdırma üzrə orqanları ilə, habelə beynəlxalq təşkilatlarla akkreditasiya sahəsinə daxil olan sahələr üzrə qarşılıqlı əlaqələr yaradır;
- SO-nun məqsədlərini müəyyən edir;
- SO-nun maliyyə fəaliyyətini və ştat cədvəlini müəyyən edir;
- Akkreditasiya təşkilatları ilə əlaqə saxlayır;
- İdarəetmə sistemlərinin sertifikatlaşdırılması və inspeksiya nəzarətinin nəticələri üzrə qərarlar qəbul edir;
- İdarəetmə sisteminə dəstək verir və nəzarət edir;
- SO-nun qiymətləndirmə və sertifikatlaşdırma meyarlarını müəyyən edir;
- Sertifikatlaşdırma üzrə orqanın maliyyə fəaliyyətinə nəzarət edir;
- Apellyasiya və şkayətlər qrupu komissiyasının tərkibini əmrlə təsdiq edir.
SO-nun Direktor müavini
- SO-ya texniki sahədə rəhbərlik edir və aşağıda sadalanan işlər üçün
cavabdehlik daşıyır:
- SO-da istifadə olunan avadanlıqların işçi vəziyyətdə olması üçün lazımi təmir
və təchizat işlərinin təmin olunmasına;
- SO-nun struktut bölmələrinin lazımi mal və materiallarla təmin olunmasına;
- SO-nun infrostrukturnun işçi vəziyyətdə olmasına.
- SO-da idarəetmə sistemlərinin sertifikatlaşdırılması və inspeksiya nəzarəti
üzrə qərar qəbul edilməsinə.
Keyfiyyət üzrə menecer
- keyfiyyət sisteminə ümumi rəhbərliyi həyata keçirir, keyfiyyət sahəsində siyasəti müəyyənləşdirir;
- sertifikatlaşdırma işlərinin keçirilmə prinsiplərinin və qaydalarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır və təqdim edir;
- sertifikatlardan düzgün istifadə edilməməsi hallarında müvafiq tədbirlər üzrə təkliflər hazırlayır;
SO-nun apellyasiya və şikayətlər qrupu
Qrup aşağıdakı funksiyaları yerinə yetirir:
- SO-da apellyasiyaların və şikayətlərin qeyydiyyatı, qiymətləndirilməsi və onlar
barədə qərarların qəbulu qaydalarını müəyyənləşdirir.
- SO-nun fəaliyyətində apellyasiya və şikayət işlərinin yerinə yetrilməsinə
nəzərət edir.
- AZS İSO/İEC 17021:2014 standartında nəzərdə tutulmuş digər funksiyalar.
Sertifikatlaşdırma üzrə orqanın katibliyi:
- Sifarişçilərin müraciəti haqqında məlumatı qəbul edir;
- orqanın ümumi fəaliyyətinin sənədləşdirilməsi işlərini aparır;
- sertifikatlaşdırma ilə bağlı sifarişçilər ilə əlaqə saxlayır.
Auditor və ekspertlər qrupunun rəhbəri:
- Sıfarişçilərin idarəetmə sistemlərinin qiymətləndirilməsini əlaqələndirir;
- Subpodratçı auditorlarlarla və ekspertlərlə müqavilə bağlayır;
- Qiymətləndirilmənin aparılmasına nəzarət edir.

“İNTERSERTSERVİS” MMC, 2021-ci ildə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edərək, sunulan məhsul və xidmətlərin əmtəə nişanının qeydiyyata alınması üçün tələb edib. Müraciət nəticəsində “İNTERSERTSERVİS” MMC-nin əmtəə nişanı Dövlət qeydiyyatına alınıb, və bu nişanın etibarlılığı 03.08.3031 tarixinə qədər təsdiqlənmişdir.





