
intersertservis.com.az
AZS İSO 9001
2020
AZS İSO 22000
2022
AZS İSO 14001
2021
AZS İSO 45001
2021
Müştərilər
2024- CÜ İLDƏ İDARƏETMƏ SİSTEMlƏRİ SERTİFİKATLAŞDIRILAN VƏ İNSPEKSİYA OLUNAN MÜƏSSİSƏLƏR
İdarəetmə sistemlərinin sertifikatlaşdırılması və inspeksiya auditi zamanı
sertifikatlaşdırma və audit prosesi sertifikatlaşdırma və inspeksiya qaydalarına və
qərəzsizlik və səriştəlilik tələblərinə uyğun aparılmışdır.
1. “İNTERSERTSEVİS” MMC tərəfindən 2024-cü ildə aparılan Sertifikatlaşdırma auditinin
nəticələri əsasında müəssisələrdə tətbiq edilən idarəetmə sistemlərin standartın
tələblərinə uyğunluğu ilə əlaqədar aşağıda sadalanan müəssisələr uyğunluq sertifikatları
ilə sertifikatlaşdırılmışdır:
- “Bakı Neft Maşınqayırma zavodu” MMC
- “ZİYAD UNİFORM” MMC
- “GBS”QSC
- “PRO CONSTRUKTİON COMPANY”MMC
- “AZ FİLTER”MMC
- “Fuad-Kimya Servis” MMC
- “Neft-Mədən Avadanlığı”
- “AZƏRTUNEL” MMC
- “ENERTECH” MMC
-“OMEQA” Şirkəti
- “BETEKO QRUP” QSC
“İNTERSERTSEVİS” MMC tərəfindən 2024- cü ildə aparılan inspeksiya auditin
nəticələri əsasında müəssisələrdə tətbiq edilmiş idarəetmə sistemlərinin standartın
tələblərinə uyğunluğu ilə əlaqədar Qərarlarlar verilmişdir:
-“EVİM TEKSTİL” MMC
- “VS Enerji Servis” MMC
-"Mahmud Topçu K" MMC
“İNTERSERTSERVİS” MMC–nin İdarəetmə sistemlərinin seretifikatlaşdırılması üzrə orqanı tərəfindən
İSS /P/007 “Sertifikatın dayandırılması və ya ləğvi üzrə prosedur”un tələblərinə uyğun Uyğunluq sertifikatının
dayandırılması və ya ləğv edilməsi qaydaları
İdarəetmə sistemlərinin seretifikatlaşdırma orqanı aşağıdakı hallarda sertifikatlaşdırmanı dayandıra bilər:
-
Sertifikatlaşdırılmış təşkilat daima və ya ciddi şəkildə idarəetmə sisteminin tələblərini pozarsa;
-
Sertifikatlaşdırılmış xidmətin müəyyən olunmuş tələblərə uyğun olmaması, o halda ki, sertifikat sahibi yaranmış
-
uyğunsuzluğu 30 iş günü müddətində aradan qaldırmayıbsa və xidmətin müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq etməyibsə;
-
Sertifikatlaşdırma üzrə orqana təqdim edilən sənədlər və materiallarda saxtakarlıq faktları müəyyən olunarsa;
-
Sertifikatlaşdırılmış təşkilat Keyfiyyəti idarəetmə sisteminin müəyyən olunmuş dövri inspeksiyasının və ya auditinin keçirilməsinə
-
qarşı çıxarsa (mane törədərsə) və ya etiraz edərsə;
-
Sertifikatlaşdırılmış təşkilat özü könüllü şəkildə sertifikatlaşdırma fəaliyyətinin dayandırılması üçün müraciət edərsə.
Sertifikatın fəaliyyətinin və sertifikatlaşdırma üzrə razılaşmanın dayandırılması qərarının qəbul edilməsi ilə eyni vaxtda
Sertifikatlaşdırma üzrə orqan sertifikat sahibinə korreksiyaedici tədbirin keçirilməsi üçün müddət təyin edir. Təyin edilmiş müddət
30 iş günündən artıq olmamalıdır.
Uyğunluq sertifikatının fəaliyyətinin və sertifikatlaşdırma üzrə razılaşmanın dayandırılması halında uyğunluq sertifikatının sahibi
aşağıdakıları etməyə borcludur:
1. Uyğunluq nişanının isdifadəsini dayandırmaq;
2. Sertifikatlaşdırma orqanı tərəfindən müəyyın olunmuş müddət ərzində uyğunsuzluğu aradan qaldırmaq;
3. Sertifikatlaşdırma orqanını korreksiyaedici tədbirin yerinə yetirilməsi barədə yazılı məlumatlandırmaq.
Sertifikat sahibi uyğunsuzluğun aradan qaldırılması üzrə korreksiyaedici tədbiri yerinə yetirdikdən sonra uyğunluq sertifikatının
fəaliyyəti bərpa edilir. Sertifikatın dayandırılması müddəti 6 aydan çox olmamalıdır.
Sertifikat sahibi tərəfindən tətbiq edilən korreksiyaedici tədbirlər təyin edilmiş müddətlə və ya düzgün yerinə yetirilmədiyi hallarda
Sertifikatlaşdırma orqanı uyğunluq sertifikatının ləgv edilməsi haqqında qərar qəbul edir.
Sertifikatın ləğv edilməsi onun reyestrdən çıxarıldığı andan etibarən qüvvəyə minir və bu barədə sifarişçi hərtərəfli məlumatlandırılır
və yekun qərarı alır.
