
intersertservis.com.az
AZS İSO 9001
2020
AZS İSO 22000
2022
AZS İSO 14001
2021
AZS İSO 45001
2021
Sertifikatlaşdırma
Bildiyiniz kimi, İSO Standartlarının tələblərinin yerinə yetirilməsi istehsalın və ya xidmət təminatının bütün mərhələlərində zəruri olan Keyfiyyətə davamlı nəzarət sisteminin yaradılmasını nəzərdə tutur. İSO Standartlarına uyğun olan Keyfiyyət mexanizminin mövcud olması onu göstərir ki, sizin şirkətiniz istehsal keyfiyyətinin davamlı inkişafı və bütün inzibati proseslərin optimallaşdırılması üçün səy göstərir. Belə ki, İSO Standartlarının yerinə yetirilməsi və / və ya mövcudluğu sizin mal və xidmətlərinizin bazarda irəliləməsi üçün əlavə marketinq vasitəsidir.
İSO Standartlarının tələblərinin yerinə yetirilməsi şirkətin idarəetmə sisteminin Avropa standartlarına uyğunlaşdırılması yolunda mühüm rol oynayır. Məhz buna görə də, bu gün İSO Standartlarının tətbiq edilməsi istənilən müəssisənin marketinq siyasətinin vacib atributudur.
Müəssisəmiz Sizə aşağıda göstərilən İSO Standartlarına uyğun idarəetmə sistemlərinin sertifikatlaşdırmasını təqdim edir:
1. AZS İSO 9001:2020 - Keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırılması;
2. AZS İSO 14001:2021- Ətraf mühitin idarəetmə süisteminin sertifikatlaşdırılması;
3. AZS İSO 45001:2021 - Peşə sağlamlığı və təhlükəsizliyin idarəetmə sisteminin sertifikatlaşdırılması;
4. AZS İSO 22000: 2022 - Qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemlərinin sertifikatlaşdırılması.
Keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdrma prosesi.
Keyfiyyət İdarəetmə Sistemi Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən hazırlanan, müştərilərin tələblərinə uyğun məhsul və xidmət istehsal etmək və reallaşdırmaq üçün mövcud olan əməliyyatların (biznes proseslərin) sistem şəklində və yüksək keyfiyyətlə idarəedilməsinə tələblər müəyyənləşdirən standartdır. Yəni, İSO 9000 standartı müəssisənin göstərdiyi xidmətin keyfiyyətinə və onun müştərilərinin məmnuniyyətinə təsir edən müəssisə daxili və xarici əməliyyatların dəqiq, vaxtında və keyfiyyətlə idarəedilməsinə xidmət edir. Əsas məqsəd isə sonda müştərilərilərin tələblərinə uyğun olan və onların razılığını qazana biləcək xidmət təqdim etməkdir və müştəri məmnuniyyətinə çatmaqdır. Göstərilən məqsədlərə çatmaq üçün müəssisədə keyfiyyəti idarəetmə sisteminin tədbiqi sertifikatlaşdırma prosedurasına uyğun aparılmalıdır. Keyfiyyəti idarəetmə sisteminin bu sənədləşdirilmiş proseduru Sertifikatlaşdırmanın aparılması qaydasını və mərhələlərini müəyyənləşdirir.
Sertifikatlaşdrma qaydası və aparılma mərhələləri
Təşkilatlarda sertifikatlaşdırmanın aparılması aşağıda göstərilən mərhələlərdən ibarətdir:
-
I Sifarişin qəbulu və təhlili
-
II Sertifikatlaşdırma auditinə hazırlıq
-
III Sertifikatlaşdırılmanın I mərhələ auditinin keçirilməsi
-
IV Sertifikatlaşdırılmanın II mərhələ auditinin keçirilməsi
-
V Sertifikatın verilməsi (verilməməsi) haqqında qərar
-
VI İdarəetmə sisteminin illik inspeksiya nəzarəti
-
VII Yenidən sertifikatlaşdırma (resertifikasiya)
Hər bir mərhələdə aparılan (keçirilən) əməliyyatlar ətraflı şəkildə aşağıdakı sxemdə göstərilib.

Sertifikatlaşdırılmanın yekunlaşdırılması, idarəetmə sisteminə uyğunluq sertifikatının verilməsi və qeydiyyata alınması
Auditor qrupunun işi o vaxt yekunlaşmış sayılır ki, auditin planına uyğun bütün işlər yerinə yetirilsin və auditin nəticələri üzrə hesabatı tərəflər imzalasınlar.
Bütün planlaşdırılmış korreksiyaedici tədbirlərin yerinə yetirilməsinin effektivliyi yoxlanılmadığı halda idarəetmə sisteminin sertifikatlaşdırılması yekunlaşmış hesab edilə bilməz.
Auditə aid olan sənədlər sertifikatlaşdırma orqanının qaydalarına və qüvvədə olan qanunvericiliyin, normativ sənədlərin və müqavilələrin tələblərinə uyğun saxlanılır.
Sertifikatlaşdırma orqanının rəhbərliyi və auditor qrupu, yoxlanılan təşkilatın (sifarişçinin) razılığı olmadan audit zamanı əlavə edilmiş sənədləri və digər informasiyaları, həmçinin auditin nəticələri üzrə hesabatı hər hansı bir digər tərəfə açıqlamamalıdırlar.
İdarəetmə sisteminin müəyyən edilmiş tələblərə uyğunluğu (uyğunsuzluğu) haqqında qərarın qəbulu üçün meyarlar, razılaşdırılmış müddətdə yoxlanılan təşkilatın korreksiyaedici tədbirlərinin yerinə yetirilməsi (yerinə yetirilməməsi) və sertifikatlaşdırma orqanı tərəfindən onların effektivliyinin təsdiq edilməsidir (edilməməsidir).
İdarəetmə sisteminə uyğunluq sertifıkatının verilməsi və ya imtina edilməsi haqqında qərar, auditin və korreksiyaedici tədbirlər planının yerinə yetirilməsi nəticəsində sertifikatlaşdırma orqanının rəhbərliyi tərəfindən qəbul edilir.
Sertifikatın verilməsi haqqında qərar yalnız bütün qeyd olunmuş uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra, daha doğrusu sertifikatlaşdırma orqanının yoxlanılan təşkilatın korreksiyaedici tədbirlərin yerinə yetirilməsinin yazılı hesabatlarına baxıldıqdan sonra və/və ya korreksiyaedici tədbirin yerinə yetirilməsinin nəticələrinə yerində baxıldıqdan sonra qəbul edilə bilər.
İdarəetmə sisteminə uyğunluq sertifikatının verilməsindən imtina edildikdə sertifikatlaşdırma orqanı müqavilə əsasında auditin təkrar keçirilməsinin mümkünlüyü haqqında yoxlanılan təşkilatı məlumatlandırır.
Qeyd - Bütün təkrar audit (yoxlanılan təşkilata gəlmək) və auditorların ezamiyyət xərcləri yoxlanılan təşkilat (sifarişçi) tərəfindən idarəetmə sisteminin sertifikatlaşdırılmasına ayrılan vəsaitdən əlavə ödənilir.
Sertifikatlaşdırma auditinin nəticələrinə əsasən, uyğunsuzluqların aradan qaldırılması üzrə korreksiyaedici tədbirlərin yerinə yetirilməsinə nəzarət.
Müəyyən edilmiş uyğunsuzluqlar üzrə korreksiyaedici tədbirlərin yerinə yetirilməsinə nəzarət yoxlanılan təşkilatın uyğunsuzluqları aradan qaldırılması haqqında yazılı hesabatını aldıqdan sonra sertifıkatlaşdırma orqanı tərəfindən planlaşdırılır və həyata keçirilir. Bunun üçün təkrar audit keçirilə bilər.
Əhəmiyyətli uyğunsuzluqlar üzrə korreksiyaedici tədbirlərə sertifikatlaşdırma orqanının auditorunun (auditorlarının) mütləq yoxlanılan təşkilata gəlməsi ilə nəzarət edilir. Az əhəmiyyətli uyğunsuzluqlar üzrə korreksiyaedici tədbirlər nəzarəti yerinə yetirmək üçün «yerində yoxlama mütləq tələb olunmursa, yoxlanılan təşkilatın yazılı hesabatının baxılmasına razılıq verilir.
Audit zamanı korreksiyaedici tədbirlərin yerinə yetirilməsinə nəzarət məqsədilə auditor korreksiyaedici tədbirlərin faktiki tətbiqini və effektivliyini yoxlayır.
Əgər uyğun obyektiv dəlillər olduğu zaman uyğunsuzluqların aradan qaldırılması qeyri-kafi qiymətləndirilsə, onda idarəetmə sisteminin auditinin nəticələri və qiymətləndirilməsi üzrə mənfi qərar qəbul edilir və idarəetmə sisteminə sertifikatlaşdırma orqanı tərəfındən sertifikatın verilməsindən imtina edilməsi haqqında təşkilat məlumatlandırılır.
İdarəetmə sisteminin uyğunluq sertifikatının tərtib olunması üçün Sertifikatlaşdırma üzrə orqan müsbət qərar verdikdə, idarəetmə sisteminin uyğunluq sertifikatı qəbul edilmiş nümunə əsasında tərtib edilməlidir (Əlavə1).
Uyğunluq sertifikatında aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
-
sertifikatlaşdırılan təşkilatın adı və yerləşdiyi coğrafi məkan (təşkilatın sertifikatlaşdırılması sahəsinə daxil olan ayrı-ayrı istehsal sahələrinin və ofislərinin yerləşdiyi coğrafi məkan) ;
-
sertifikatlaşdırma haqqında qərarın qəbul edildiyi tarixdən əvvəl olmaması şərti ilə, sertifikatlaşdırmanın, sertifikatlaşdırma sahəsinin genişləndirilməsi və ya məhdudlaşdırılması və ya yenidən sertifikatlaşdırılması tarixi;
-
sertifikatın qüvvədə olma tarixi (yenidən sertifikatlaşdırma tarixi);
-
fərdi (təkrar olunmayan) identifikasiya nömrəsi;
-
sertifikatlaşdırılan sifarişçinin auditində istifadə olunan, idarəetmə sistemi standartı və ya digər normativ sənəd (nəşr tarixi və nömrəsini göstərməklə);
-
anlaşılmamazlığı və ya birmənalılığı təmin etmək şərtilə, hər istehsal sahəsinin fəaliyyət növü ilə əlaqəli məhsullar və xidmətlər üzrə sertifikatlaşdırma sahəsi;
-
sertifikatlaşdırma orqanının adı, ünvanı və uyğunluq nişanı; həmçinin, anlaşılmamazlığı və ya birmənalılığın pozulmaması şərtilə, digər nişanlar (akkreditasiya orqanının nişanı, sifarişçi təşkilatın loqosu) da istifadə oluna bilər;
-
sertifikatlaşdırma üçün istifadə edilən standart və ya digər normativ sənədin tələb etdiyi hə hansı digər məlumatlar;
-
dəyişikdirilmiş hər hansı sertifikat (sertifikatlaşdırma haqqında sənəd) verildiyi halda, dəyişikdirilmiş sertifikatı əvvəllər ləğv edilmiş sertifikatdan fərqləndirən işarə.

