top of page

Yeniliklər

AZS İSO/İEC-1:2021 Standartına keçid  ilə əlaqədar   “İNTERSERTSERVİS” MMC-də görülən işlər haqqında məlumat

    AZS İSO/İEC-1:2021 “Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə sistemləri üzrə audit və sertifikatlaşdırma xidmətlərini göstərən orqanlara dair tələblər” standartına keçid üçün ilənilmiş siyasət “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin 18.05.2022-ci il tarixli F-14 nömrəli Əmri ilə təsdiq edilmişdir.

     Yeni standarta keçidi asanlaşdırmaq üçün “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs (bundan sonra-AzAK) aşağıdakı keçid proqramını tərtib etmiş və AzAK tərəfindən akkreditasiya edilmiş  UQQ-lər akkreditasiya statusunu  saxlamaq üçün 01.01.2023-cü il tarixinə qədər AZS İSO/İEC-1:2021 (İSO/İEC 17021-1:2015 standartına uyğunluğunun təmin edilməsi bildirilmişdir.

    Eyni zamanda 01.06.2022-ci il tarixinə qədər akkreditasiya olunmuş UQQ-lər yeni standarta keçid ilə əlaqədar fəaliyyət planını 01.08.2022-ci il tarixinə kimi  AzAK-a təqdim edilməsi bildirilmişdir.

    Fəaliyyət planına uyğun olaraq “İNTERSERTSERVİS” MMC tərəfindən aşağıda sadalanan işlər görülmüşdür:

    1. AZS İSO/İEC-1:2021 (İSO/İEC 17021-1:2015 ) standartının idarə- etmə sisteminə təsirinin təhlili aparılmışdır;

    2. 2022-ci il üçün AZS İSO/İEC-1:2021 (İSO/İEC 17021-1:2015) standartında edilən dəyişikliklərə əsaslanaraq daxili audit aparılmışdır;

    3. Yeni satandarta keçid barədə maraqlı tərəflər və müştərilər məlumatlandırılmışdır;

    4. Müstəqillik və qərəzsizlik üçün risklər ehtiyac olduğu  halda davamlı olaraq müəyyənləşdirilir;

    5. Personalların səriştəliyi ilə əlaqədar AZS İSO/İEC-1:2021 (İSO/İEC 17021-1:2015) standartının tələblərinə  cavab verilməsini  əks etdirən sənədləşdirilmiş qeydlər vardır.

 

İSO/İEC 17021:2011 və İSO/İEC-1:2015 Standartları arasında fərq

  1. Standartlar arasında fərq ingilis dilində aşağıdakı PDF faylındakı cədvəldə verilmişdir:

         2.Standartlar arasında fərq azərbaycan  dilində aşağıdakı PDF faylındakı cədvəldə verilmişdir

Müəssisənin direktoru Hüseynov Cavanşir Dilman oğlu 11.08.2022-ci il tarixində İdarəetmə sistemlərinin təhlil və izahını təmin  edən təşkilatlar üçün İSO/IEC 17021-1:2015 şərtlər təlimində iştirak edərək bu sertifikatı almaq hüququ qazanmışdır.

sertifikat

  “İNTERSERTSERVİS” MMC-nin sertifikatlaşdırma orqanının 2023-cü ildə Keyfiyyət sisteminin yaxşılaşdırılması üçün planlaşdıran Məqsədlərinin 3-cü bölməsinə uyğun olaraq  müəssisənin direktoru Hüseynov Cavanşir Dilman oğlu:

     03.07.2023-07.07.2023 tarixlərində Türkiyədə "İSO 50001:2018 Enerji idarəetmə sistemləri - İstifadə təlimatı ilə Tələblər və İSO 19011:2018 İdarəetmə Sistemləri üçün Audit Təlimatları" kursunda iştirak edərək  "APARICI AUDİTOR" təlim kursunu uğurla başa vurmuş və STPAQA231245 nömrəli sertifikat verilmişdir.

sertifikat 2

     İSO 450001:2018 İş sağlamlığı və Təhlükəsizliyi İdarəetmə sistemləri Aparıcı auditor təlim kursu SİQMACERT GLOBAL tərəfindən 28/29.10/4/5/6.11.2023 tarixlərində keçirilmiş  və 10.11.2023-cü il tarixində SGM-2023-401680 nömrəli sertifikat verilmişdir.

sertifikat 3

intersertservis.com.az

Mob: (+994) 773294466
Tel:(+994) 123757737

bottom of page